ABŞ Venesuela neft sektorunda əməliyyatlara icazə verdi: Üç yeni lisenziya qüvvəyə mindi

ABŞ Venesuela neft sektorunda əməliyyatlara icazə verdi: Üç yeni lisenziya qüvvəyə mindi






presstv

"Presstv"az #ABŞ, #Audi, #İran, #Kuba, #Maliyyə Nazirliyi, #Nikolas Maduro, #Nyu-York, #Rusiya, #Şimali Koreya, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Venesuela neft sektorunda əməliyyatlara icazə verən lisenziyalar verib.

presstvaz xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Venesuelada neft və enerji sektorunda əməliyyatlara icazə verən üç – “46A”, “48” və “30B” nömrəli lisenziyalar verib.

“46A” lisenziyası Venesuela mənşəli neftin ixracı, satışı, daşınması və marketinqi əməliyyatlarını əhatə edir. Müqavilələr ABŞ qanunlarına uyğun olmalı, mübahisələr ABŞ məhkəmələrində həll edilməlidir. Ödənişlər isə xarici hökumət hesabına deyil, nəzarət altında olan hesablara köçürüləcək.

“48” lisenziyası Venesuelada neft və qazın kəşfiyyatı, işlənməsi və istehsalı üçün ABŞ-dən malların, texnologiyanın və xidmətlərin tədarükünə icazə verir.

“30B” lisenziyası isə Venesuela limanlarının və hava limanlarının fəaliyyətini təmin edən əməliyyatlara şamil edilir.

Bütün lisenziyalar Rusiya, İran, Şimali Koreya, Kuba və onların nəzarətindəki qurumlarla əməliyyatları qadağan edir.

ABŞ bu addımı Venesuelada enerji sektorunu bərpa etmək məqsədilə atıb.

Xatırladaq ki, ötən ay genişmiqyaslı əməliyyat nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs olunaraq Nyu-Yorka köçürülüb, vitse-prezident Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Qeyd olunur ki, Rusiya və Venesuela strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində neft hasilatı və marketinqi sahəsində əməkdaşlığı davam etdirirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv