Kriptovalyuta tarixində görünməmiş hadisə: Birja mövcud olmayan aktivlər payladı

Kriptovalyuta tarixində görünməmiş hadisə: Birja mövcud olmayan aktivlər payladı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Araşdırma, #Audi, #Cənubi Koreya, #Dollar, #Hadisə, #Kriptovalyuta

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyanın Maliyyə Nəzarəti Orqanı ölkənin iri kriptovalyuta birjalarından biri olan “Bithumb” ilə bağlı araşdırmaya başlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Araşdırmaya səbəb ötən həftə baş verən ciddi texniki nasazlıq olub. Bildirilir ki, birja səhvən istifadəçi hesablarını təxminən 43 milyard ABŞ dolları dəyərində mövcud olmayan rəqəmsal aktivlərlə kreditləşdirib. Fevralın 6-da sistem yüzlərlə hesab arasında ümumilikdə 620 min “Bitkoin” paylayıb. Məlumata görə, bu səhv marketinq bonusu prosesində KRW əvəzinə BTC-nin seçilməsi ilə bağlı insan amilindən qaynaqlanıb.

Tənzimləyici qurumun açıqlamasında qeyd olunur ki, “Bithumb”un faktiki ehtiyatları təxminən 46 min “Bitkoin” təşkil edir, səhvən paylanan məbləğ isə bundan təxminən 13 dəfə çox olub. Hadisədən sonra istifadəçilər ilk 20 dəqiqə ərzində 1 788 “Bitkoin” satmağa cəhd göstəriblər ki, bu da bazarda “Bitkoin-von” məzənnəsinin 15 faizdən çox ucuzlaşmasına səbəb olub.

Birja rəhbərliyi səhvən kreditləşdirilmiş aktivlərin 99,7 faizinin, satılan sikkələrin isə 93 faizinin geri qaytarıldığını bildirib. Hazırda təxminən 125 “Bitkoin” geri alınmayıb. “Bithumb” zərərçəkmiş istifadəçilərə dəymiş itkilərin 110 faizi həcmində kompensasiya ödəyəcəyini, həmçinin 100 milyard von dəyərində sığorta fondu yaradacağını açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv