Telefonunuz soyuqda qəfil sönürsə, bunları bilməlisiniz

Telefonunuz soyuqda qəfil sönürsə, bunları bilməlisiniz






presstv

"Presstv"az #Rusiya, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Smartfonların batareyaları soyuq havada qəfil sönə bilər.

presstvaz xəbər verir ki, rusiyalı professor Aleksey Yurasov bildirib ki, litium-ion batareyalar əsasən otaq temperaturuna uyğun işləyir və 0°C-dən aşağıda performansını itirir. Soyuqda batareyanın kimyəvi reaksiyaları ləngiyir, daxili müqavimət artır və enerji ötürülməsi zəifləyir. Bu halda qoruyucu mexanizm işə düşür və telefon sönür.

Yurasov əlavə edib ki, litium-polimer batareyalar şaxtaya daha davamlıdır, lakin yüksək qiymətinə görə az istifadə olunur. O, həmçinin cihazın korpus materialının da əhəmiyyətli olduğunu vurğulayıb: metal korpuslu modellər istiliyi daha tez itirir, plastik və qalın üzlüklü telefonlar isə daha uzun müddət işləyir.

Ekspert soyuq havada smartfonu daxili cibdə saxlamağı, istilik saxlayan üzlükdən istifadə etməyi və soyuyan cihazı birbaşa yükləmədən əvvəl otaq temperaturunda isinməyə qoymağı tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv