38 milyard dollara dünyanın ən böyük stadionu TİKİLİR

38 milyard dollara dünyanın ən böyük stadionu TİKİLİR






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Dollar, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vyetnamın paytaxtı Hanoyda təxminən 135 min tamaşaçı tutumuna malik nəhəng stadionun (Tronq Donq) tikilməsi planlaşdırılır.

presstvaz xəbər verir ki, layihə reallaşarsa, bu arena tamaşaçı tutumuna görə dünyanın ən böyük stadionlarından biri olacaq.

Məlumata görə, layihənin ümumi dəyəri təxminən 38 milyard ABŞ dolları civarında qiymətləndirilir. Stadionun yalnız idman yarışları üçün deyil, həm də iri konsertlər, beynəlxalq tədbirlər və müxtəlif kütləvi proqramlar üçün istifadə olunması nəzərdə tutulur.

Rəsmilər hesab edir ki, bu cür iri idman infrastrukturu ölkənin turizm potensialını artıracaq, beynəlxalq yarışların Vyetnamda keçirilməsinə şərait yaradacaq və paytaxtın müasir simasının formalaşmasına töhfə verəcək.

Layihənin 2028-ci ildə tamamlanacağı gözlənilir. Tikinti işlərinin mərhələli şəkildə həyata keçiriləcəyi və stadionun ətrafında əlavə infrastrukturun – nəqliyyat xətləri, ticarət və əyləncə zonalarının da yaradılacağı bildirilir. /Musavat.com


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv