Məşhur xizəkçinin Olimpiya arzusu yarımçıq qaldı: Vonn ayağını sındırdı

Məşhur xizəkçinin Olimpiya arzusu yarımçıq qaldı: Vonn ayağını sındırdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış ABŞ-li dağ xizəyi ustası Lindsi Vonn İtaliyada təşkil olunan Qış Olimpiya Oyunları çərçivəsində çıxışı zamanı ayağının sındığını və bu səbəbdən bir neçə cərrahi müdaxiləyə ehtiyac duyduğunu bəyan edib.

presstvaz-ın məlumatına görə, təcrübəli idmançı bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.

“Ötən gün Olimpiya xəyalım planlaşdırdığım şəkildə yekunlaşmadı. Bu, nağıllardakı kimi sonluq deyil, sadəcə, real həyatın gətirdiyi nəticə idi. Mən xəyal etməyə cürət etdim və bu məqsədə çatmaq üçün əlimdən gələni etdim”, – deyə paylaşımda vurğulanıb.

41 yaşlı xizəkçi heç nədən peşmanlıq duymadığını qeyd edərək, əvvəllər yaşadığı ön çarpaz bağ zədəsi və digər travmaların indiki yıxılma hadisəsi ilə hər hansı əlaqəsinin olmadığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv