İstanbul məhkəməsində hakimə hücum cəhdi: Vəkil saxlanıldı

İstanbul məhkəməsində hakimə hücum cəhdi: Vəkil saxlanıldı






presstv

"Presstv"az #Audi, #Hakim, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin İstanbul şəhərində Küçükçekmece Məhkəməsində mübahisə zamanı vəkil hakimə hücum etməyə cəhd edib.

Bu barədə presstvaz DHA-ya istinadən xəbər verir.

Məlumata görə, hakimlə vəkil arasında fikir ayrılığı yaranıb. Hakim vəkilin işlə bağlı şərhlərinin hüquqi prinsiplərə uyğun olmadığını bildirdikdən sonra gərginlik daha da artıb. Hakim məsələnin böyüməməsi üçün vəkildən otaqdan çıxmasını istəyib, lakin vəkil aqressiv davranış sərgiləyib, katibin masasına yumruqla vurub və təhlükəsizlik qüvvələrinin çağırılmasına baxmayaraq, qəzəbli hərəkətlərini davam etdirib.

Vəkil daha sonra hakimə hücum etməyə cəhd edib, lakin cəhdin qarşısı alınıb.

Hakim şikayət ərizəsi verib və vəkil barəsində “qəsdən xəsarət yetirməyə cəhd” ittihamı üzrə istintaq başladılıb. Vəkil nəzarət altına alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv