Çin avtomobilləri öz sahiblərini “girov götürür”

Çin avtomobilləri öz sahiblərini “girov götürür”






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Çin, #Mühərrikdə yaranan problemlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin “Haval” avtomobilləri öz sahiblərini “girov götürür” – soyuqlar səbəbindən qapıların tutacaqları qırılır, qapılar və sükan bloklanır.

presstvaz-ın xəbərinə görə, bu barədə “SHOT” “Telegram” kanalı yazıb.

“Telegram” kanalının bildirdiyinə görə, “Haval H9” və “Haval F7x” avtomobillərinin sürücüləri bu problemlə üzləşiblər. Maşınların sahibləri şaxtalı havada gecə çöldə qalan maşınları aça bilmirlər. Hətta avtomobilin içinə girməyə nail olsalar belə, geri çıxmaq mümkün olmur, çünki qapılar kilidlənir.

Bonus olaraq, yolsuzluq avtomobilini açmağa çalışarkən tutacaqlar qırıla bilir. Həmçinin sürücülər mühərrikdə yaranan problemlərdən də şikayət edirlər. Belə ki, mühərrik sadəcə olaraq işə düşmür və starter boş fırlanır. Sürücülər qeyd edirlər ki, Çin avtomobillərində problemlər artıq -10°C-yə qədər temperaturda belə ortaya çıxmağa başlayır.

“Haval”ın daha bir qış problemi soyuqlar səbəbindən sönən displeydir. Gecələr monitor “donur”, onu yandırdıqdan sonra isə titrəməyə və sönməyə başlayır. Sensor ekran toxunuşuna reaksiya vermir. Belə bir ekranı dəyişdirmək isə baha başa gəlir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv