Çin istehsalı avtomobillərlə bağlı vacib xəbərdarlıq

Çin istehsalı avtomobillərlə bağlı vacib xəbərdarlıq






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #avtomobillər, #Çin, #Mühərrik yağı, #Rusiya, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zəmanət müddəti başa çatdıqdan və müntəzəm təmir xərcləri artmağa başladıqdan sonra Çin istehsalı olan avtomobilin satılması barədə düşünmək məqsədəuyğundur”.

presstvaz-ın “Rossiyskaya gazeta”ya istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksandr Kovalyov açıqlama verib.

Ekspert bildirib ki, avtomobildə korroziya əlamətləri, ötürmə qutusunda titrəmələr və mühərrik yağının istehlakının artması müşahidə olunarsa, Çin avtomobilini satışa çıxarmaq tövsiyə olunur. Onun sözlərinə görə, bu hallar digər ölkələrin avtomobillərində olduğu kimi, texniki “yorğunluğun” ümumi göstəriciləridir.

Bununla belə, Aleksandr Kovalyov vurğulayıb ki, müasir Çin avtomobil modelləri keyfiyyət baxımından ciddi irəliləyişlər əldə edib. Bu səbəbdən avtomobildən imtina etmək üçün konkret və universal bir əlamət mövcud deyil.

Ekspert eyni zamanda xəbərdarlıq edib ki, Çin avtomobilləri Avropa, Yaponiya və Koreya istehsalı olan modellərlə müqayisədə bazarda daha az likviddir. Bunun əsas səbəbləri arasında model sırasının tez-tez dəyişməsi və sürücülər arasında hələ də qalmaqda olan stereotiplər göstərilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv