Fransada qəribə cinayət: Eyni DNT qatili tapmağa imkan vermir

Fransada qəribə cinayət: Eyni DNT qatili tapmağa imkan vermir






presstv

"Presstv"az #Audi, #DNT, #Fransa, #Hadisə, #Paris, #Qətl hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada əkiz qardaşlar çoxsaylı qətllərdə ittiham olunurlar.

presstvaz xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanları hələlik cinayət hadisələrindən birində əkizlərin hansının atəş açdığını müəyyən edə bilməyiblər, çünki hər iki təqsirləndirilən şəxs eyni DNT-yə malikdir.

Məlumata görə, 33 yaşlı əkizlər və daha üç Fransa sakini bir neçə qətl hadisəsində ittiham olunurlar. İttihamlar 2020-ci ilin sentyabrında baş verən hadisələrlə bağlıdır.

Qeyd olunur ki, təqsirləndirilən şəxslər Paris ətrafında fəaliyyət göstərən cinayətkar dəstənin üzvləri olublar.

Hadisələrdən birində istifadə edilən pulemyotda əkiz qardaşlardan hansının əl izinin olduğunu müəyyən etmək mümkün olmayıb. Polisdən məhkəməyə bildirilib ki, məhkəmə ekspertləri tətiyi əkizlərin hansının çəkdiyini müəyyən edə bilməyiblər.

Məhkəmə zalındakı atmosferin son dərəcə gərgin olduğu bildirilib. Əkizlər ayağa qalxmaqdan imtina etdikdən sonra məhkəmə zalından çıxarılıblar.

Polisin məlumatına görə, qardaşlar cinayətlərini ört-basdır etmək üçün oxşarlıqlarından istifadə ediblər. Onların tez-tez paltar, telefon nömrələri və sənədləri dəyişdirdiyi bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv