Evdə paltar qurudanların nəzərinə

Evdə paltar qurudanların nəzərinə






presstv

"Presstv"az #Allergiya, #Araşdırma, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paltarların ev şəraitində qurudulması otaqdakı rütubət səviyyəsini sürətlə artırır.

presstvaz xəbər verir ki, artan nəmlik isə kif və göbələklərin çoxalması üçün əlverişli mühit yaradır. Bu vəziyyət xüsusilə öskürək, nəfəs darlığı, allergiya və uşaqlarda tənəffüs problemlərinə səbəb ola bilər.

Araşdırmalara görə, yüksək rütubət olan məkanlarda uzun müddət qalmaq tənəffüs yollarını qıcıqlandırır və immun sistemini zəiflədir. Xüsusilə astma və allergiyası olan şəxslər üçün evdə paltar qurudulması ciddi risk hesab olunur. Mütəxəssislər bildirir ki, kif sporları gözlə görünməsə də, havaya qarışaraq sağlamlığa zərər verə bilər.

Mütəxəssislər nə tövsiyə edir?

Paltarları imkan daxilində açıq havada qurudun

Qurutma maşınından istifadə edin

Paltarları evdə qurudursunuzsa, bunu ayrı bir otaqda, pəncərə açıq vəziyyətdə edin

Paltar qurudulan otaqda yatmayın

Sağlamlıq məişət rahatlığından daha önəmlidir və evdə paltar qurudarkən havalandırmaya xüsusi diqqət yetirilməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv