Joan Laporta istefa verdi

Joan Laporta istefa verdi






presstv

"Presstv"az #Futbol, #İspaniya, #İspaniya La Liqası, #İspaniyanın, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laporta martın 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün tutduğu vəzifədən ayrılıb.

presstvaz-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu qərar İdarə Heyətinin bu gün baş tutan iclasında rəsmiləşdirilib.

Klubun nizamnaməsinə əsasən, seçki prosesində iştirak edəcək digər idarəçilər də vəzifələrini tərk ediblər. Onların sırasında vitse-prezidentlər Elena Fort və Rafael Eskudero, eləcə də Ferran Oliver, Josep Maria Albert, Xavyer Barbani, Miqel Kamps, Aureli Mas, Xavyer Puiq və Joan Soler Ferre yer alır.

Müvəqqəti idarəetmə 30 iyun tarixinədək Rafael Yustenin rəhbərliyi ilə həyata keçiriləcək. İdarəetmə heyətinə vitse-prezident və katib Xosep Kubells, xəzinədar Alfons Kastro, həmçinin idarə heyətinin üzvləri Xosep İqnasi Masia, Anxel Riudalbas, Joan Sole i Sust və Sisko Puyol daxildir.

Qeyd edək ki, “Barselona” hazırda İspaniya La Liqasında 54 xalla turnir cədvəlinin lideridir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv