“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İlham Əliyev, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sərfəli mobil operator “Nar”ın tərəfdaşlığı ilə Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonu uğurla yekunlaşıb.

Layihə çərçivəsində 18-29 yaş aralığında 240 gənc 40 komanda şəklində gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək istiqamətləri üzrə ideyalar üzərində çalışıblar. Mentorların dəyərləndirməsi nəticəsində 10 komanda final mərhələsinə vəsiqə qazanıb. İdeyatonun final mərhələsində komandalar ideyalarını münsiflər heyətinə təqdim edib və nəticələrə əsasən üç komanda qalib elan olunub. Bağlanış mərasimində rəsmi şəxslər və tərəfdaşlar bu cür təşəbbüslərin gənclərin strateji düşüncə və gələcəyə yönəlmiş baxışlarının formalaşmasında əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq təşkil edilən bu layihənin əsas məqsədi təşəbbüskar və innovativ gənc nəslin yetişdirilməsinə mühüm töhfə verməkdir.

Hazırda 2.2 milyon abunəçiyə xidmət göstərən “Nar” son altı il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən, Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir “eSim” texnologiyası təqdim edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv