Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq ediləcək

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq ediləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AQTA-nın təcrübəsindən Özbəkistanda yeni qurumun yaradılmasında istifadə olunacaq

        Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən presstvaz-a daxil olan məlumata əsasən, Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Azərbaycanın bu sahədəki təcrübəsindən geniş istifadə ediləcək.

Bu məqsədlə fevralın 9-da AQTA nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri başlayıb.

        Səfərin ilk günü keçirilən görüşdə Azərbaycanda qida təhlükəsizliyi sahəsində formalaşdırılmış vahid idarəetmə sistemi, qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, hüquqi bazanın yaradılması, böhran vəziyyətlərində idarəetmə mexanizmləri, sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti, yoxlama-nəzarət tədbirləri, idxal-ixrac prosedurları və digər məsələlər ətraflı müzakirə olunub.

Bildirilib ki, Azərbaycanda tətbiq olunan dövlət idarəetmə modelləri yüksək qiymətləndirilir. Xüsusilə qida təhlükəsizliyi sahəsində Azərbaycanın əldə etdiyi təcrübəyə böyük maraq göstərilir.

       Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Özbəkistanda digər görüşlərinin və təqdimatlarının keçirilməsi də planlaşdırılır.

 presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv