Yaponiyanın Baş naziri Sanae Takaiçinin partiyası parlamentdə çoxluğu təmin edib

Yaponiyanın Baş naziri Sanae Takaiçinin partiyası parlamentdə çoxluğu təmin edib






presstv

"Presstv"az #ABŞ, #Hakim, #Təbrik, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyada növbədənkənar parlament seçkisində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiya bloku Nümayəndələr Palatasında çoxluq qazanıb.

presstvaz Yaponiya mediasına istinadla xəbər verir ki, səsvermənin ilkin nəticələrinə əsasən, LDP və Yaponiya İnnovasiya Partiyasının koalisiya bloku 465 yerlik palatada çoxluğu təmin etmək üçün tələb olunan 233 yerlik həddi keçib. Ehtimallara görə, hakim blok Nümayəndələr Palatasında yerlərin üçdəikisinə sahib olacaq.

ABŞ-ın Yaponiyadakı səfiri Corc Edvard Qlass xanım Sanae Takaiçini qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv