Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər

Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər






presstv

"Presstv"az #Smartfon, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quql Android istifadəçilərinə ciddi təhlükə ilə bağlı xəbərdarlıq edib. Şirkətin açıqlamasına görə, dünyada istifadə olunan Android-smartfonların təxminən 40 faizi artıq təhlükəsizlik yeniləmələri almır və bu da onları kiberhücumlar üçün açıq hədəfə çevirir.

presstvaz Musavat.com-a istinadən xəbər verir ki, söhbət təxminən 1 milyard cihazdan gedir. Təhlükəsizlik dəstəyi dayandırılan bu telefonlarda aşkarlanan boşluqlar aradan qaldırılmır və nəticədə viruslar, fişinq hücumları, casus proqramlar istifadəçilərin şəxsi məlumatlarına asanlıqla çıxış əldə edə bilir.

Mütəxəssislər bildirir ki, risk xüsusilə köhnə model Android telefonlardan istifadə edənlər üçün yüksəkdir. İstehsalçılar adətən 2–4 ildən sonra bu cihazlara yeniləmə verməyi dayandırır. Lakin istifadəçilər gündəlik olaraq bank tətbiqlərindən, sosial şəbəkələrdən və şəxsi yazışmalardan istifadə etməyə davam edir.

Quql istifadəçilərə tövsiyə edir ki:

Təhlükəsizlik yeniləmələri alan modellərə üstünlük versinlər

Köhnə və dəstəyi kəsilmiş telefonları yenisi ilə əvəz etməyi ciddi şəkildə düşünsünlər

Naməlum mənbələrdən tətbiq yükləməkdən çəkinsinlər

Qeyd olunur ki, mövcud vəziyyətdə köhnə Android-smartfonlar sadəcə texniki cəhətdən zəif deyil, eyni zamanda şəxsi məlumatların oğurlanması üçün real təhlükə mənbəyinə çevrilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv