Faydalı bitkilər toplayan 67 yaşlı Ələmdar Fərzəliyev: “Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı”

Faydalı bitkilər toplayan 67 yaşlı Ələmdar Fərzəliyev: “Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı”






presstv

"Presstv"az #Audi, #Meşə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Min bir dərdin dərmanı olan bitkilər içərisində əvəlik və ələyəz xüsusi yer tutur. İnsan sağlamlığı üçün möcüzəvi faydaları olan bu bitkilər əsasən dağlıq və meşəlik ərazilərdə yabanı halda bitir. Naxçıvan dağlarının əvəzolunmaz nemətləri sayılan əvəlik və ələyəzdən indi də geniş istifadə olunur.

Şərur rayonunun Yuxarı Yaycı kənd sakini, 67 yaşlı Ələmdar Fərzəliyev Baku TV-yə deyir ki, uzun illərdir bu bitkilərin toplanması ilə məşğul olur.

“Dağlara gedib əvəlik, ələyəz, itburnu, dazıotu, kəklikotu toplayırıq, hörürük, quruduruq. Bir ildən sonra bunlar xarab olur. Əgər uzun müddət saxlamaq istəyirsənsə, doğrayıb sellofanlara yığmaq, ağzını möhkəm bağlamaq lazımdır ki, qurd düşməsin. Bu bitkilər istənilən yeməyə dad verir. Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı. Beş əmim var idi. Deyirdilər ki, 1941-1945-ci illərdə aclıq vaxtı əvəliklə ələyəz olmasaydı, bəlkə də sağ qalmazdılar”, – o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv