Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”ı böyük hesabla məğlub etdi

Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”ı böyük hesabla məğlub etdi






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Audi, #Bakı, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında XIX turun oyunlarına start verilib.

presstvaz xəbər verir ki, turun ilk qarşılaşmasında “Sabah” evdə “Araz-Naxçıvan”ı məğlub edib. “Bank Respublika Arena”da baş tutan görüş Bakı klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah”ın qollarını Umarali Raxmonaliyev (9-p.), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) rəqib qapısından keçiriblər. “Araz-Naxçıvan”ın heyətində isə Felipe Santos (86) fərqlənib.

Bununla da xallarının sayını 46-ya çatdıran Bakı təmsilçisi turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. 27 xala malik “Araz-Naxçıvan” 6-cı pillədədir.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək.

Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv