Milli Qəhrəman Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alyona Əliyevaya təşəkkür edib

Milli Qəhrəman Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alyona Əliyevaya təşəkkür edib






presstv

"Presstv"az #Ailə, #Alyona Əliyeva, #Audi, #Gəncə şəhəri, #İlham Əliyev, #Leyla Əliyeva, #Milli Qəhrəmanın

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Qəhrəman Natiq Qasımovun ailə üzvləri Leyla Əliyeva və Alyona Əliyevaya onları ziyarət etmələrinə görə təşəkkür ediblər.

presstvaz bildirir ki, bu barədə “Report”a N.Qasımovun qardaşı Nofəl Qasımov bildirib.

N.Qasımov Leyla Əliyevanın və Alyona Əliyevanın ziyarətini xoş qaşıladıqlarını, bu günün onlar üçün sevinc dolu anlar olduğunu bildirib:

“Cənab Prezidentin ailə üzvlərinin evimizdə olması, bizi ziyarət etməsi çox xoş oldu. Bu gün yaddaşımızda hər zaman xoş xatirələrdən biri kimi qalacaq. Ailəmiz adından Leyla xanıma və Alyona xanıma təşəkkür edirik. Həmçinin Natiq Qasımova Milli Qəhrəman adı verdiyinə görə cənab Prezidentə təşəkkürlərimizi çatdırmağı xahiş etdik.

Görüş çox xoş keçdi, onlarla söhbət edib, Natiq Qasımovla bağlı xatirələrimizi bölüşdük. Dövlətimizin başçısı tərəfindən bizə göstərilən qayğı və diqqət üçün minnətdarlığımızı bildiririk”.

Milli Qəhrəmanın bacısı Kəmalə Heydərova da Natiq Qasımovun xatirəsini əziz tutduğuna görə, Prezident İlham Əliyevə və ailə üzvlərinə təşəkkür edib:

“Leyla Əliyeva və Alyona Əliyevanın qapımızı açıb, bizi ziyarət etmələri, maraqlanmaları çox xoşdur, sevindiricidir. Anam da çox istəyərdi ki, bu günü görsün, amma qismət olmadı. Bununla belə, anamın dünyasını dəyişməsindən bir müddət öncə cənab Prezidentin qardaşıma Milli Qəhrəman adını verməsi ona böyük təsəlli oldu. Bir daha bu xoş ziyarətə görə Leyla Əliyevaya və Alyona Əliyevaya minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Leyla Əliyeva və Alyona Əliyeva Gəncə şəhərinə səfər çərçivəsində Milli Qəhrəman N.Qasımovun ailəsini ziyarət edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv