Sulutəpə dairəsi istiqamətində təmir işləri nəqliyyat sıxlığı yaradıb

Sulutəpə dairəsi istiqamətində təmir işləri nəqliyyat sıxlığı yaradıb






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Bakı, #Binəqədi rayonu, #Nəqliyyat, #Nəsimi Rayonu, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir sıra əsas yollarda hərəkətdə çətinlik müşahidə olunur

       Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-a verilən məlumata görə, Binəqədi rayonu, Bakı–Sumqayıt şosesinin “Sulutəpə” dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra əsas istiqamətlərdə nəqliyyat sıxlığı yaranıb.

Hazırda sıxlıq aşağıdakı yollar üzrə müşahidə olunur:

  • Bakı–Sumqayıt şosesi – Sumqayıt istiqaməti

  • Tbilisi prospekti – Sumqayıt istiqaməti

  • Ziya Bünyadov prospekti – Alı Mustafayev küçəsi – Sumqayıt istiqaməti

  • Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi – Beynəlxalq Avtovağzal istiqaməti

  • Binəqədi rayonu, Mir Cəlal və Asif Məhərrəmov küçələrinin kəsişməsi – Beynəlxalq Avtovağzal istiqaməti

Qeyd edilən ərazilərdə nəqliyyat axınının tənzimlənməsi və hərəkətin intensivliyinin artırılması məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv