Qaz sızması partlayışa səbəb oldu: Cavabdeh şəxs məsuliyyətdən azad edildi

Qaz sızması partlayışa səbəb oldu: Cavabdeh şəxs məsuliyyətdən azad edildi






presstv

"Presstv"az #"Azəriqaz", #Audi, #Cinayət işi, #Hadisə, #Quba, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Quba rayonunda yaşayış evində baş verən partlayışla bağlı “Azəriqaz” əməkdaşına qarşı cinayət işi açılıb.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

İttiham aktında bildirilir ki, “Azəriqaz”ın Quba xidmət sahəsinin qəza-dispetçer xidmətinin rəisi vəzifəsində çalışan 60 yaşlı Qəzənfər Kərimli (ad və soyad şərtidir) vəzifə borcunu lazımi qaydada yerinə yetirməyib. Belə ki, o, Alekseyevka kəndində bir yaşayış evindən 3.3 metr aralıdan keçən qaz kəmərinin üzərindəki dəliklərin vaxtında təmir olunmasını təmin etməyib.

Qaz kəmərindəki həmin dəliklərdən sızan qaz yaxınlıqdakı evin zirzəmisindən yaşayış sahəsinə dolub. Qazın hava ilə qarışması nəticəsində partlayış təhlükəsi yaranıb. Ev sahibi qapını açaraq işığı yandıran zaman güclü partlayış baş verib. Hadisə nəticəsində ev sahibinin həyat yoldaşı yanıq xəsarətləri alıb, mənzildə isə ciddi dağıntılar qeydə alınıb. Ümumilikdə ev sakinlərinə təxminən 33 min manat maddi ziyan dəyib.

Faktla bağlı Qəzənfər Kərimli saxlanılıb və barəsində cinayət işi başlanıb.

Məhkəmə iclasında o, törətdiyi əməldən peşman olduğunu, vurulmuş ziyanın ödənildiyini bildirərək barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.

Quba Rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Q.Kərimli cinayət məsuliyyətindən azad olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv