ABŞ-də Vensi öldürməklə hədələyən şəxs həbs edilib

ABŞ-də Vensi öldürməklə hədələyən şəxs həbs edilib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Dollar, #Ədliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ təhlükəsizlik orqanları vitse-prezident Cey Di Vensi ölümlə təhdid edən bir nəfəri həbs ediblər.

presstvaz xəbər verir ki, məlumatı “USA Today” ABŞ Ədliyyə Nazirliyinə istinadən yayıb.

Qeyd olunub ki, Ohayo ştatından olan 33 yaşlı Şennon Matre yanvar ayında ştata səfər edərkən Vensi öldürməklə hədələyib.

“Vitse-prezidenti tapacağam və onu öldürmək üçün M14 avtomatımdan istifadə edəcəyəm”, – agentlik onun sözlərini sitat gətirib.

Kişinin evində aparılan axtarış zamanı uşaqlara qarşı cinsi istismar materialları da tapılıb.

Ş.Matreni ABŞ vitse-prezidentinin həyatını təhdid etdiyinə görə beş ilə qədər həbs cəzası və 250 000 dollara qədər cərimə, uşaq istismarı ilə bağlı materialların saxlanması və yayılmasına görə isə 20 ilə qədər həbs cəzası və 250 000 dollara qədər cərimə gözləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv