Saxara səhrasında 7 min illik şok: Bilinməyən insan soyuna aid mumyalar tapıldı

Saxara səhrasında 7 min illik şok: Bilinməyən insan soyuna aid mumyalar tapıldı






presstv

"Presstv"az #Araşdırma, #DNT, #Hadisə, #Misir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Arxeoloqlar Saxara səhrasının dərinliklərində, Misir mumyalarından min illər daha qədim olan və tamamilə fərqli bir texnika ilə qorunmuş mumyalar aşkar ediblər. Bu tapıntı bəşəriyyət tarixinə dair bildiyimiz bir çox məlumatı yenidən nəzərdən keçirməyə məcbur edir.

presstvaz xəbər verir ki, tapılan mumyaların təxminən 7 min il yaşı var. Bu isə o deməkdir ki, Saxarada yaşayan bu qədim cəmiyyət, qədim misirlilərin mumyalama ənənəsindən çox-çox əvvəl ölüləri qorumaq texnikasına sahib olublar. Bu kəşf mumyalama sənətinin mənşəyinin Nil vadisindən daha geniş ərazilərə yayıldığını göstərir.

Alimləri ən çox təəccübləndirən məqam mumyaların DNT analizləridir. İlkin araşdırmalar göstərir ki, bu insanlar hazırda məlum olan heç bir qədim insan qrupuna birbaşa bənzəmir. Onlar indiyə qədər tarixin tozlu səhifələrində gizli qalmış, inkişaf etmiş və özünəməxsus mədəniyyəti olan “itkin bir soy” ola bilər.

Misir mumyalarından fərqli olaraq, bu cəsədlər xüsusi bitki qatranları və səhranın təbii quruluğu sayəsində inanılmaz dərəcədə yaxşı qorunub. Tədqiqatlar göstərir ki, bu insanlar daxili orqanları çıxarmaq və bədəni müəyyən bir formada saxlamaq üçün olduqca mürəkkəb bioloji biliklərə malik imişlər.

Bundan 7 min il əvvəl Saxara indiki kimi quraq bir səhra deyil, gölləri, çayları və sıx bitki örtüyü olan bərəkətli bir ərazi idi. Mumyalarla birlikdə tapılan məişət əşyaları və ov alətləri, bu insanların həm ovçuluqla, həm də heyvandarlıqla məşğul olduqlarını, həmçinin astronomiya və təbiət hadisələrinə dair dərin biliklərə sahib olduqlarını sübut edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv