İngiltərədə dəhşətli cinayət: Baba, ata və qardaşlar altı yaşlı qıza illərlə təcavüz etdilər

İngiltərədə dəhşətli cinayət: Baba, ata və qardaşlar altı yaşlı qıza illərlə təcavüz etdilər






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Hadisə, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın cənub-şərq hissəsində yerləşən Sasseks Kral Məhkəməsi azyaşlıya qarşı illərlə davam edən sistematik təcavüz və qəddar işgəncələrə görə bir ailənin üç nəslinin nümayəndələrinə ümumilikdə 100 il həbs cəzası kəsib.

presstvaz-ın məlumatına istinadən, bu dəhşətli hadisə barədə “The Sun” qəzeti xəbər yayıb.

İstintaq araşdırmaları zamanı məlum olub ki, qızcığaz hələ altı yaşında ikən babası, atası və iki qardaşı tərəfindən cinsi istismara məruz qalıb. O, bu barədə anasına şikayət etsə də, qadın övladını döyüb, onu şkafa salaraq kilidləyib və iki gün ərzində ac saxlayıb. Ana uşağı günahlandıraraq, onun həyatını cəhənnəmə çevirdiyini və buna qarşılıq olaraq özünün də uşağın həyatını cəhənnəmə döndərəcəyini bildirib.

Həmin vaxtdan etibarən uşaq mütəmadi olaraq cinsi zorakılığa, fiziki təzyiqlərə və işgəncələrə dözməli olub. Zərərçəkən yalnız 12 yaşına çatdıqda başına gələnləri məktəb müəlliminə danışmaq cürətini tapıb. Məhkəmədə ifadə verən qız qeyd edib:

“Evə getməkdən dəhşətli dərəcədə qorxurdum, çünki valideynlərimin məni döyəcəklərini bilirdim. Müəlliməyə dedim ki, evə qayıtmaq məndə təşviş yaradır. Valideynlərimin məni daim ələ saldıqlarını və bunun illərdir davam etdiyini söylədim. Daha sonra isə bütün bu cinsi istismar faktları barədə danışmağa başladım”.

Pedaqoq dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib və nəticədə bütün ailə üzvləri saxlanılıblar. Uşağın dediklərinə görə, anası onu danlayaraq babasının həbsxanada cəza çəkmək üçün həddindən artıq yaşlı olduğunu iddia edib.

Məhkəmə prosesinin yekununda zərərçəkənin 70 yaşlı babası, 43 yaşlı atası və 20 yaşlı qardaşları 13 yaşına çatmamış uşağa qarşı təcavüz və digər xarakterli cinsi zorakılıq əməllərində təqsirli biliniblər. 43 yaşlı ana isə 16 yaşından kiçik şəxsə qarşı qəddarlıq nümayiş etdirmək, qanunsuz olaraq azadlıqdan məhrum etmək və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq maddələri ilə ittiham olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv