Nəsimi rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb

Nəsimi rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Cinayət işi, #Məhkum, #Nəsimi Rayon Polis İdarəsi, #Nəsimi Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

3 kiloqramdan çox heroin və marixuana qanunsuz dövriyyədən çıxarılıb

       Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən presstvaz-a verilən məlumata görə, paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb. Onun üzərindən 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin olmaqla, ümumilikdə 3 kiloqram 547 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

       Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv