Yeniyetmə Xırdalan məktəbində bir qrup şagird tərəfindən döyülüb?

Yeniyetmə Xırdalan məktəbində bir qrup şagird tərəfindən döyülüb?






presstv

"Presstv"az #Abşeron rayonu, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Hadisə, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ötən gün Abşeron rayonunun Xırdalan qəsəbəsində məktəblinin döyülməsi hadisəsi ilə bağlı görüntülər Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisində çəkilməyib”.

presstvaz Oxu.az-a istinadən bildirir ki, bu məlumat  Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbindən verilib.

Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan ərazi Xırdalan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazisi deyil və hadisə təhsil müəssisəsində tədris prosesinin aparılmadığı vaxtda baş verib.

“Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Uşaqların yeniyetməlik dövründə olduğunu nəzərə alaraq ictimaiyyətdən bu mövzuda həssas davranmalarını, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik”, – deyə məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv