Qış Olimpiya Oyunlarında xoşagəlməz hadisə: Bütün komanda izolyasiya edildi

Qış Olimpiya Oyunlarında xoşagəlməz hadisə: Bütün komanda izolyasiya edildi






presstv

"Presstv"az #Audi, #İtaliya, #Milan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qış Olimpiya Oyunlarına qatılan İsveçrə qadın hokkey komandası norovirus səbəbindən karantinə alınıb.

presstvaz-ın xəbərinə görə, bu barədə İsveçrə Buz Hokkeyi Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, qadın hokkeyçilərdən birində norovirus aşkar edildikdən sonra komanda təcrid olunub.

“Norovirus testinin müsbət nəticəsi yalnız Çexiya ilə matçdan sonra və oyunların açılışından qısa müddət əvvəl alınıb. Yoluxmuş idmançı Olimpiya Kəndinə gəldiyi andan etibarən ayrıca otaqda qalıb və simptomların ortaya çıxmasından sonra təcrid olunub. Fevralın 6-sı səhərdən bəri xəstəlik əlamətləri müşahidə olunmayıb. Lakin ehtiyat tədbiri olaraq bütün komanda karantinə alınıb. Başqa heç bir hokkeyçidə simptomlar aşkar edilməyib”, – federasiyadan bildirilib.

Xatırladaq ki, fevralın 6-sı İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Olimpiadada 90-dan çox ölkədən 2 800-dən artıq idmançı iştirak edir. Səkkiz idman növü üzrə 116 dəst mükafat uğrunda mübarizə aparılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv