Güclü külək nə qədər maşın və evə ziyan vurub? – Ödənilən məbləğlər məlum oldu

Güclü külək nə qədər maşın və evə ziyan vurub? – Ödənilən məbləğlər məlum oldu






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Azərbaycan Sığortaçılar Assosiasiyası, #Bakı, #Hadisə, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məlum olduğu kimi, 2-5 fevral 2026-cı il tarixlərdə ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə olunub.

presstvaz Baku.ws-ə istinadən xəbər verir ki, qeyd olunan tarixdə paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb.

Maraqlıdır ki, 4 gün ərzində nə qədər sığorta hadisəsi baş verib və vətəndaşlara ödənilən vəsait nə qədər olub?

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, minə yaxın müraciət edilib:

“ASA-nın yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 2-5 fevral 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 946 sığorta müraciəti daxil olub.

Bu müraciətlərin 776-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 156-sı “Kasko” sığorta növü, 12-si “Daşınmaz əmlakın icbari sığortası” növü, 2-si isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

Məlumatlara görə, qiymətləndirilmiş 485 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 367 min 334 manat həcmində müəyyənləşdirilib. Qalan 461 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.

Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi ehtimal edilir.

Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-i paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv