Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Başsağlığı, #Pakistan, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

presstvaz xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.

“İslamabad şəhərində məsciddə baş verən, günahsız insanların həyatına son qoyan və çoxsaylı yaralananların olduğu faciəvi terror aktı ilə bağlı Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İbadət üçün müqəddəs bir məkanda dinc insanları hədəf alan bu dəhşətli zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik.

Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu bildirir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə qəti dəstəyini bir daha təsdiqləyir”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Pakistanın paytaxtı İslamabadda, Xədicətül-Kubra məscidində cümə namazı zamanı partlayış baş verib. Partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv