Türkiyədə “Mossad”la əlaqəsi olan iki casus saxlanıldı

Türkiyədə “Mossad”la əlaqəsi olan iki casus saxlanıldı






presstv

"Presstv"az #Audi, #Avropa, #İsrail, #İstanbul, #Türkiyə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MKT) İstanbulda İsrailin “Mossad” kəşfiyyat qurumunun planlarına qarşı əməliyyat keçirib.

Bu barədə presstvaz “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat zamanı “Mossad” üçün Türkiyədə casusluq fəaliyyəti apardıqları müəyyən edilən iki nəfər saxlanılıb.

İstanbul Baş Prokurorluğu və İstanbul Vilayət Polis İdarəsinin Terrorla Mübarizə İdarəsinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyat zamanı “Mossad”a casusluqda şübhəli bilinən mərmər taciri Mehmet Budak Derya və onun əlbir olduğu Veysel Kerimoğlu nəzarət altına alınıblar.

Təhlükəsizlik mənbələrindən əldə edilən informasiyaya görə, dağ-mədən mühəndisi olan və Mersinin Silifke rayonunda karxanası işlədən Mehmet Budak Derya 2005-ci ildən başlayaraq həyata keçirdiyi beynəlxalq ticarət fəaliyyəti ilə “Mossad”ın nəzərini cəlb edib.

2012-ci ilin sentyabr ayında İsrailin törəmə şirkətinin rəsmisi olan “Alik Ahmed Yassin” kod adlı şəxs Dərya ilə görüşüb. 2013-cü ilin yanvar ayında işbirliyi vədi ilə Avropaya dəvət edilən Derya burada ilk dəfə “Mossad” nümayəndələri ilə görüşüb.

“Mossad”ın direktivlərinə uyğun olaraq Mehmet Budak Derya Fələstin əsilli Türkiyə vətəndaşı Veysel Kerimoğlunu işə götürüb. O da öz növbəsində Yaxın Şərq şəbəkəsindən istifadə edərək İsrail əleyhinə olan fələstinli şəxslər haqqında məlumat toplayıb. İnformasiyalar birbaşa İsrail kəşfiyyatına ötürülüb. Kerimoğlunun maaşı və əməliyyat xərcləri birbaşa “Mossad” tərəfindən ödənilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv