Alimentin ödənilməməsi hüquqi məsuliyyət yaradır

Alimentin ödənilməməsi hüquqi məsuliyyət yaradır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hakim, #İnzibati Xətalar Məcəlləsi, #Konstitusiya Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası Azərbaycan Respublikası Konstitusiyasına və “Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

presstvaz xəbər verir ki, bu qərarların icra edilməməsi hüquqi məsuliyyət yaradır və məhkəmə aktlarının vaxtında icrası hüquqi dövlət prinsipinin əsas tələblərindəndir.

Alimentin ödənilməsi barədə məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir və ya bir ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni pozuntu bir il ərzində təkrar törədildikdə məsuliyyət daha da ağırlaşdırılır.

Borclu şəxs inzibati xəta üzrə məhkəmə qərarı qəbul edilənədək icra sənədini yerinə yetirdikdə inzibati məsuliyyətdən azad olunur ki, bu da məhkəmə qərarlarının könüllü icrasını təşviq edir.

Məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilməməsi və ya icrasına maneçilik törədilməsi Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır və bu hallarda cərimə və ya azadlıqdan məhrumetməyədək cəzalar nəzərdə tutulur.

Bununla belə, Cinayət Məcəlləsinin 306.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən, cinayət məsuliyyəti inzibati məsuliyyətdən sonra məhkəmə aktının qərəzli olaraq icra edilməməsi hallarında yaranır və bu yanaşma hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv