Omanda keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyi dəyişdi – Yeni qərar

Omanda keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyi dəyişdi – Yeni qərar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Ballistik raket, #Donald Tramp, #Hakim, #İran, #İsrail, #Qətər, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tehran, #Təl-Əviv, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Omanda keçiriləcək ABŞ-İran danışıqlarının gündəliyi İslam Respublikasının nüvə proqramı məsələsi ilə məhdudlaşacaq”.

presstvaz xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti Yaxın Şərq ölkələrindən birinin rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ İranın ballistik raket proqramını, eləcə də Yaxın Şərqin ümumi təhlükəsizlik məsələlərini görüşün gündəmindən çıxarmağa razılıq verib. Mənbə bildirib ki, Vaşinqton bu şərtlərə Qətər, Səudiyyə Ərəbistanı və Omanın xahişi ilə razılaşıb.

Eyni zamanda, qəzet qeyd edib ki, Yaxın Şərq ölkələri ABŞ-a yalnız diplomatik həll yolundan istifadə, güc tətbiqindən imtina etmək üçün təzyiq göstərirlər.

Cümə axşamı günü “Al-Monitor” isə özəl mənbələrinə istinadən bildirib ki, İsrail hakimiyyəti ballistik raket proqramının aspektlərinin və digər regional təhlükəsizlik məsələlərinin ABŞ-İran danışıqlarının gündəliyindən çıxarılmasından ehtiyatlanır.

İsrail rəsmiləri hesab edirlər ki, Vaşinqton danışıqlar zamanı Təl-Əvivin mövqeyini görməzdən gələ bilər.

“Axios” portalı əvvəllər ABŞ-İran danışıqlarının fevralın 6-da Omanda keçiriləcəyini bildirmişdi.

Yanvarın 26-da ABŞ prezidenti Donald Tramp Amerika Dəniz Qüvvələrindən ibarət nəhəng bir armadanın İslam Respublikasına doğru irəlilədiyini açıqlamışdı. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarının tamamilə ləğvi də daxil olmaqla ədalətli və bərabər bir razılaşmaya çatacağına ümid etdiyini qeyd etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv