Dondurulmuş qidaları necə istifadə etmək lazımdır?

Dondurulmuş qidaları necə istifadə etmək lazımdır?






presstv

"Presstv"az #Bakteriya, #Həkim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər xəbərdarlıq edir ki, dondurulmuş qidaların tez-tez və düzgün olmayan şəkildə istifadəsi sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə tərkibində çoxlu duz, şəkər və konservant olan dondurulmuş yarımfabrikatlar ürək-damar xəstəlikləri, yüksək təzyiq və maddələr mübadiləsinin pozulması ilə əlaqələndirilir.

presstvaz xəbər verir ki, qidalanma üzrə ekspertlərin sözlərinə görə, dondurulma prosesi bəzi məhsullarda vitamin və mineralların azalmasına səbəb olur. Bu da uzun müddət belə qidalarla qidalanan insanlarda immun sisteminin zəifləməsinə gətirib çıxara bilər. Digər tərəfdən, dondurulmuş məhsulların düzgün temperaturda saxlanmaması bakteriyaların çoxalması riskini artırır.

Həkimlər bildirir ki, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər bu cür qidalardan istifadə edərkən daha diqqətli olmalıdırlar. Mütəxəssislər tövsiyə edir ki, dondurulmuş məhsullar alınarkən etiket məlumatlarına diqqət yetirilsin, saxlanma qaydalarına əməl edilsin və mümkün qədər təzə qidalara üstünlük verilsin.

Qeyd edək ki, düzgün seçilmiş və qaydalara uyğun saxlanılan dondurulmuş qidalar tamamilə zərərli sayılmır. Əsas məsələ onların balanslı qidalanma çərçivəsində və normada istifadə edilməsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv