"7 baldan yuxarı zəlzələ olacaq" – Türkiyəyə qorxulu xəbərdarlıq

"7 baldan yuxarı zəlzələ olacaq" – Türkiyəyə qorxulu xəbərdarlıq






presstv

"Presstv"az #Bələdiyyə, #Güclü zəlzələ, #Hadisə, #İstanbul, #Türkiyə, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zəlzələ üzrə türkiyəli mütəxəssis Prof. Dr. Haluk Eyidoğan Mərmərə dənizində baş verməsi gözlənilən güclü zəlzələ ilə bağlı ciddi xəbərdarlıq edib.

presstvaz Türkiyə mediasına istinadla xəbər verir ki, o, bildirib ki, mümkün 7 və daha yüksək bal gücündə zəlzələ təkcə İstanbula deyil, Mərmərə dənizi ilə həmsərhəd olan 7-10 vilayətə təsir göstərəcək.

Eyidoğan ictimaiyyətdə geniş istifadə olunan "İstanbul zəlzələsi" ifadəsinin düzgün olmadığını vurğulayaraq, bu prosesin əslində "Mərmərə zəlzələsi" kimi qiymətləndirilməli olduğunu deyib.

Tekirdağ Böyükşəhər Bələdiyyəsi tərəfindən Yılmaz İçöz səhnəsində təşkil edilən *"Fəlakətlərə Davamlı Tekirdağ Seminarı"*nda çıxış edən professor bildirib ki, zəlzələnin episentri İstanbulun daxilində deyil, Mərmərə dənizində olacaq:

"Əgər Mərmərə dənizində 7 və ya daha yüksək bal gücündə zəlzələ baş verərsə, İstanbul da daxil olmaqla Mərmərə sahilində yerləşən 7-10 vilayət təsirlənəcək. Buna görə də bu hadisəni İstanbul zəlzələsi deyil, Mərmərə zəlzələsi adlandırmaq lazımdır".

Eyidoğan qeyd edib ki, belə bir zəlzələ təkcə regional deyil, sosial və iqtisadi baxımdan bütün Türkiyəyə mənfi təsir göstərə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv