SEPAH qüvvələri Fars körfəzində yanacaqdaşıyan iki tankeri ələ keçirib

SEPAH qüvvələri Fars körfəzində yanacaqdaşıyan iki tankeri ələ keçirib






presstv

"Presstv"az #Audi, #Gəmi, #Hakim, #İran, #Qaçaqmalçılıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində iki tankeri ələ keçirib. İran hakimiyyəti tankerlərin qanunsuz olaraq yanacaq daşıdığını iddia edir.

presstvaz-ın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat verib.

“SEPAH-ın məlumatına görə, ələ keçirilən iki gəmi Farsi adası ətrafındakı sularda yanacaq qaçaqmalçılığında iştirak edirdilər”, – deyə agentlik bildirib.

“Mehr”in məlumatına görə, tankerlərdə bir milyon litrdən çox yanacaq daşınırmış. Ekipajın üzvləri olan 15 xarici vətəndaş SEPAH tərəfindən saxlanılıb və məhkəmə orqanlarına təhvil verilib. Saxlanılanların vətəndaşlığı açıqlanmır.

Agentlik əlavə edib ki, bu tankerlərdə qaçaqmalçılıq son bir neçə ay ərzində cinayətkar şəbəkənin çərçivəsində həyata keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv