Futbolun canlı əfsanəsi 41 yaşında

Futbolun canlı əfsanəsi 41 yaşında






presstv

"Presstv"az #"Mançester Yunayted", #"Real Madrid", #Audi, #Avropa, #Doğum günü, #Futbol, #Kriştianu Ronaldu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilən Kriştianu Ronaldunun doğum günüdür.

presstvaz xəbər verir ki, Portuqaliya millisinin və “Ən-Nəsr”in ulduz futbolçusu bu gün 41 yaşını qeyd edir.

Karyerası ərzində 1 308 oyuna çıxıb, 961 qol və 260 assistlə yadda qalan ulduz futbolçu daha əvvəl “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”da da forma geyinib.

Futboldakı uğurları ilə yaddaşlarda qalan Ronaldu 2007-2008 mövsümündə Avropada “Qızıl buts” mükafatının sahibi olmağı bacarıb.

Kriştianu Ronaldu 2009-cu il yanvarın 12-də “Dünyada İlin Futbolçusu” mükafatını qazanan ilk Premyer Liqa oyunçusudur.

Ronaldu karyerası boyunca 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top” mükafatına layiq görülüb.

Kriştianu Ronaldu ümumilikdə üç dəfə FIFA-nın “Dünyada İlin Futbolçusu”, dörd dəfə UEFA-nın “İlin Futbolçusu”, 13 dəfə də oynadığı ölkələrdə ilin futbolçusu adlarına layiq görülüb. Bir dəfə FIFA-nın “Puşkaş mükafatı”nın qalibi olub, çıxış etdiyi liqalarda saysız-hesabsız titul qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv