Dəridəki təhlükəli xallarla bağlı rusiyalı onkoloqdan vacib xəbərdarlıq

Dəridəki təhlükəli xallarla bağlı rusiyalı onkoloqdan vacib xəbərdarlıq






presstv

"Presstv"az #Audi, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı onkoloq Yevgeni Çeremuşkin təhlükəli xalların əlamətləri barədə xəbərdarlıq edib və nə vaxt həkimə müraciət edilməli olduğunu izah edib.

presstvaz xəbər verir ki, bu barədə “Abzats” nəşri məlumat yayıb.

Yevgeni Çeremuşkinin sözlərinə görə, dərinin xarici görünüşündəki dəyişikliklər həyəcan siqnalı ola bilər.

“Diqqət yetirilməli olan ilk məqam xalların ölçüsünün artması, səthlərinin xarakterinin və rəng qammasının dəyişməsidir. Onlar tündləşə və ya əksinə solğunlaşa (rəngsizləşə) bilər. Yəni onların aktivliyi dəyişir. Əgər bu tendensiya davam edərsə, bu, həkimə müraciət etmək üçün səbəbdir”, – deyə Yevgeni Çeremuşkin qeyd edib.

O bildirib ki, bəzən xal zədə, iltihab, yanıq və ya allergik reaksiya səbəbindən dəyişə bilər və bu, hər zaman xərçəng demək deyil. Lakin yalnız həkim əsl təhlükəni qiymətləndirə bilər.

“Əlbəttə, xallar iltihablandıqda yalnız xarici parametrlərə əsaslanaraq ciddi təhlükə haqqında qəti şəkildə danışmaq doğru deyil. Sadalanan bütün əlamətlər problemin yalnız bir hissəsini göstərə bilər”, – deyə həkim əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv