Bill Qeyts “Epşteyn işi”ndə adının çəkilməsinə münasibət bildirib

Bill Qeyts “Epşteyn işi”ndə adının çəkilməsinə münasibət bildirib






presstv

"Presstv"az #Audi, #Hakim, #Microsoft

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Microsoft” şirkətinin qurucusu Bill Qeytsin adı amerikalı maliyyəçi Ceffri Epşteynin göndərilməmiş elektron məktubunda çəkilir. Milyarderin sözlərinə görə, həmin məktubu Epşteyn özünə yazıb.

presstvaz bildirir ki, bu barədə Qeyts “9News”a verdiyi müsahibədə məlumat verib.

“Görünür, Ceffri elektron məktubu özünə yazıb. Bu məktub heç vaxt göndərilməyib. Məktub saxtadır”, – deyə sahibkar vurğulayıb.

O, maliyyəçinin onu nüfuzdan salmağa cəhd etdiyini ehtimal edib. Qeyts Epşteynlə keçirdiyi hər dəqiqəyə görə peşman olduğunu bildirib və onunla əlaqəsinə görə üzr istəyib.

Epşteyn yetkinlik yaşına çatmayanlara qarşı seksual zorakılıq və uşaqların seksual istismarı ittihamları ilə mühakimə olunurdu. O, 2019-cu ildə Manhettendəki həbsxanada intihar edib.

Epşteynin 2013-cü il iyulun 13-də öz elektron ünvanına göndərdiyi iki məktubda iddia olunur ki, Qeyts rus qızları ilə cinsi əlaqədə olub və onlar milyarderi cinsi yolla keçən infeksiyalara yoluxdurublar. Epşteynin iddiasına görə, bu səbəbdən Qeyts antibiotiklər qəbul etməyə məcbur qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv