Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən danışdılar

Zərərçəkənlər dələduzluqda təqsirləndirilən bağça direktorunun əməllərindən danışdılar






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Nizami Rayon Prokurorluğu, #Uşaq bağçası, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dələduzluqda təqsirləndirilən “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəmə prosesi davam etdirilib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən növbəti iclasda zərərcəkənlər ifadə veriblər.

Zərərçəkən Ə.N bağçada müəllimə işləmək üçün təqsirləndirilən H.Rüstəmovaya müraciət etdiyini bildirib:

“O, bunun üçün məndən 4 min manat pul istədi. Aprel ayında təcrübə üçün kurs keçdim, sonra işə qəbul edildim. Şikayətçi deyiləm. Nə əhəmiyyəti var, pulu qaytaracaq ki?”

Digər zərərçəkmiş Zamiq Hüseynov isə bacısının nümayəndəsi kimi ifadə verərək təqsirləndirilən şəxsə 3 min manat pul verdiyini deyib:

“Bacım cəmi 3-4 gün işə gəldi. İlkin olaraq əmək müqaviləsi bağlamaq üçün 5 min manat istənildi. Bacım kollektivdən informasiya topladı ki, orda əmək haqqı vaxtında verilmir və 6 ay da maaş almırlar. Müttəhim 2 min manatımızı qaytarıb, min manat qalıb. Qalan pulumu istəyirəm”.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə, təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

“Moon Kids” uşaq bağçasının fəaliyyəti dayandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv