“Nestle” uşaq qidalarında toksin var? – Şirkətdən açıqlama

“Nestle” uşaq qidalarında toksin var? – Şirkətdən açıqlama






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Fransa, #Hakim, #Körpə, #Nestle, #Niderland, #Sağlamlıq, #Uşaq qidaları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Nestle” şirkəti Fransada uşaq qidalarında “sereulid” tərkibinə dair normanın dəyişməsi fonunda “Guigoz” körpə südünün partiyasını geri çağırmaq qərarını açıqlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Le Monde” nəşri məlumat verib.

Qeyd edildiyi kimi, “Nestle” şirkəti bəzi ölkələrdə geri çağırışa başlamazdan təxminən iki həftə əvvəl öz məhsullarında toksinin olması ehtimalından məlumatlı olub.

“Avropa və Fransa hakimiyyət orqanları bu yaxınlarda yeni elmi məlumatlara əsaslanaraq “sereulid” analiz metodlarında dəyişiklikləri elan ediblər. Bizim keyfiyyət standartımız sənayenin “sereulid” üçün ən sərt aşkarlama həddinə əsaslanır: biz körpə südümüzdə “sereulid”in tamamilə olmamasına çalışırıq. Bütün qərarlarımızın əsasını təşkil edən bu tələb bu gün bizi “Guigoz”un (körpə südünün – red.) yeganə partiyasının əlavə geri çağırılmasına sövq edir”, – deyə şirkət bildirib.

Söhbət 0-6 aylıq körpələr üçün nəzərdə tutulan “Guigoz Optipro Relais 1” südündən gedir. Şirkət son istifadə tarixi 2027-ci ilin dekabr ayında olduğu 800 qramlıq paketlər həcmində partiyanı dövriyyədən çıxarmağı planlaşdırır. Eyni zamanda, “Nestle” vurğulayıb ki, geriçağırılma yalnız bu konkret partiyaya aiddir və “Guigoz” markasının digər məhsullarına şamil edilmir. Şirkət “Guigoz”un digər məhsullarının istehlak üçün təhlükəsiz olduğunu iddia edir.

Xatırladaq ki, bir müddət əvvəl Niderlandda “Nestle” şirkətinin istehsal etdiyi uşaq qidalarının istifadəsindən sonra azı dörd körpədə sağlamlıq vəziyyətinin pisləşməsi halı qeydə alınıb.

Həmçinin Fransada iki körpənin ölümündən sonra araşdırmalara başlanılıb və ölümlərin “Nestle” şirkəti tərəfindən istehsal olunan uşaq qidasından qaynaqlandığı ehtimal edilir, belə ki, hər iki halda uşaqlar “Guigoz” qidasını qəbul ediblər.

Lakin bununla bağlı araşdırmalar davam edir və ölüm halları ilə məhsul arasında birbaşa əlaqə hələ təsdiqlənməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv