Şaxtalı hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi

Şaxtalı hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Bakı, #DİN, #Heydər Əliyev, #Nəqliyyat, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bütün məlumat-sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirildi

         Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq bəzi avtomobil yollarında hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.

Belə ki, Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti–Mərdəkan–Zuğulba–Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yol sahələrində hərəkət üçün maksimal sürət 70 km/saat müəyyən olunub.

         Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib, eyni zamanda bütün portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Sürücülərdən müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri xahiş olunur.

 presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv