ÜST dünya ictimaiyyətinə çağırış etdi: “Təcili bir milyard dollara ehtiyac var”

ÜST dünya ictimaiyyətinə çağırış etdi: “Təcili bir milyard dollara ehtiyac var”






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avropa, #Dollar, #Donald Tramp, #Qəzza, #Qəzza zolağı, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Ukrayna, #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ictimaiyyətinə müraciət edərək 2026-cı ildə 36 böhran bölgəsinə tibbi yardım göstərmək üçün təcili bir milyard dollara ehtiyac olduğunu açıqlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu ÜST rəsmisi Çikve İxekveazu bildirib.

O, Cenevrədə keçirilən brifinqdə deyib ki, böhran bölgələrinə Qəzza zolağı, Yaxın Şərq, Sudan, Ukrayna, Konqo Demokratik Respublikası, Haiti və Myanma da daxildir.

ÜST nümayəndəsi əlavə edib ki, ABŞ ötən il oxşar təcili müraciətə cavab verən əsas donorlar arasında yer almayıb.

O bildirib ki, təşkilatın ən böyük maliyyə dəstəkçiləri Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Almaniya olub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də ölkəsinin ÜST-dən çıxdığını bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv