Avropa Komissiyası Çin şirkətinə qarşı istintaq açıb

Avropa Komissiyası Çin şirkətinə qarşı istintaq açıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Avropa Komissiyası, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası (AK) Çinin “Goldwind Science & Technology Co. Ltd.” şirkətinə qarşı yeni istintaq başladıb. Şirkət dünya bazarında külək turbinləri istehsalında 15%-dən çox paya malikdir.

presstvaz xəbər verir ki, bu barədə AK-nın açıqlamasında bildirilib. Məlumata əsasən, istintaqın məqsədi “Goldwind”in Çin dövlətindən subsidiyalar alıb-almadığını araşdırmaqdır. AK narahatdır ki, subsidiyalar şirkətə Avropa bazarında üstünlük verə və rəqabətə zərər vura bilər.

Qurum, həmçinin qeyd edib ki, istintaq çərçivəsində əlavə məlumatların toplanması işi 2024-cü ilin aprelindən aparılır. Bu məqsədlə Avropada külək turbinləri istehsalı ilə məşğul olan şirkətlərə, o cümlədən “Goldwind”ə sorğular göndərilib. AK-nın ilkin araşdırmasına görə, şirkətin Çin dövlətindən dotasiyalar, ucuz kreditlər və vergi güzəştləri alması ehtimalı mövcuddur.

AK bildirir ki, bu cür subsidiyalar “Goldwind”ə Avropa bazarında üstünlük verə və bazara külək turbinlərinin əlverişli qiymətlərlə çıxarılmasını çətinləşdirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv