Lamin Yamal gələcəyi ilə bağlı planını açıqladı

Lamin Yamal gələcəyi ilə bağlı planını açıqladı






presstv

"Presstv"az #Audi, #Futbol, #İspaniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona”nın hücumçusu Lamin Yamal gələcəyi ilə bağlı suallara cavab verib.

presstvaz “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, gənc ulduz futbolçu karyerasının sonuna qədər “Barselona”da qalmaq istədiyini bildirib.

“Ümid edirəm ki, bütün həyatım boyu dünyanın ən yaxşı klubu və ən yaxşı şəhərində (“Barselona” klubu və eyniadlı şəhər – red.) həmişəlik qala biləcəm. Biz İspaniya Kubokunda “Albasete” ilə qarşılaşacağıq. Məqsədimiz yarımfinala vəsiqə qazanmaqdır. Bu, mütləq qazanmalı olduğumuz tituldur”, – deyə Yamal bildirib.

Qeyd edək ki, bu mövsüm 18 yaşlı futbolçu “Barselona”nın heyətində bütün turnirlərdə 28 matça çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2031-ci ilin iyun ayına qədərdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv