Parisdə İlon Maskın ofisində axtarışlara başlanıldı

Parisdə İlon Maskın ofisində axtarışlara başlanıldı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Avropa Komissiyası, #Fransa, #Hakim, #İlon Mask, #Kibercinayətkarlıq, #Paris, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paris prokurorluğu ABŞ-li sahibkar İlon Maska məxsus “X” sosial şəbəkəsinin Fransa ofislərində axtarışlara başlayıb.

presstvaz xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Məlumata görə, platformanın alqoritmləri ilə bağlı 2025-ci ilin yanvar ayında başlanan araşdırma çərçivəsində axtarışlara start verilib.

Axtarışlar prokurorluğun kibercinayətkarlıqla mübarizə bölməsi tərəfindən aparılır və işə Avropol da cəlb edilib.

Bildirilir ki, 2025-ci ilin yanvarında Fransa prokurorluğu sözügedən platformanın xarici müdaxilə üçün alqoritmdən istifadə etməsi ilə bağlı ittihamlardan sonra araşdırmaya başlayıb. İddialar iki yerdən qaynaqlanırdı: Fransa parlamentinin üzvündən, digəri isə yüksəkvəzifəli məmurdan.

2025-ci ilin iyulunda iş Fransa polisinə verilib. Elə həmin ay “X” Fransa hakimiyyətinin ittihamlarını rədd edib və istintaqı “siyasi motivli” adlandırıb.

“X” sosial şəbəkəsindən əlavə, Maskın “xAI” şirkəti tərəfindən yaradılan “Grok” çatbotu da Avropa İttifaqı (Aİ) səlahiyyətlilərinin diqqətini cəlb edib.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası (AK) istifadəçilərə istək əsasında fotolardakı insanları “soyundurmağa” imkan verən şəkil redaktə xidməti olan “Grok” çatbotu ilə bağlı yeni araşdırmaya başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv