Ukrayna və Qərb Rusiya tərəfindən atəşkəsin pozulmasına qarşı hərbi cavab tədbirləri barədə razılığa gəliblər

Ukrayna və Qərb Rusiya tərəfindən atəşkəsin pozulmasına qarşı hərbi cavab tədbirləri barədə razılığa gəliblər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Böyük Britaniy, #Böyük Britaniya, #Norveç, #Rusiya, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Avropa və ABŞ ilə Rusiya tərəfindən istənilən atəşkəs pozulması ehtimalına qarşı çoxmərhələli cavab planı barədə razılığa gəlib.

presstvaz-ın “Financial Times” nəşrinə istinadən xəbərinə görə, bu barədə danışıqlarla tanış olan mənbə məlumat verib.

Məlumata görə, Ukrayna Qərb tərəfdaşları ilə razılığa gəlib ki, Rusiyanın gələcək atəşkəs sazişini istənilən şəkildə pozması Avropa və ABŞ tərəfindən koordinasiya edilmiş hərbi cavaba səbəb olacaq.

Qeyd edilir ki, plan dekabr və yanvar aylarında Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında bir neçə dəfə müzakirə olunub.

Təklifə əsasən, Rusiya tərəfindən atəşkəsin hər hansı şəkildə pozulması 24 saat ərzində cavab reaksiyasına səbəb olacaq ki, buraya diplomatik xəbərdarlıqdan tutmuş, zərurət yaranacağı halda Ukrayna ordusunun pozuntunun qarşısını almaq üçün hərəkətə keçməsi daxil olacaq.

Əgər bundan sonra da döyüşlər davam edərsə, cavab tədbirləri ikinci mərhələyə keçəcək və burada bir çox Avropa İttifaqı (Aİ) üzvünün, eləcə də Böyük Britaniya, Norveç, İslandiya və Türkiyənin daxil olduğu “könüllülər koalisiyası”nın qüvvələrindən istifadə ediləcək.

Məqalədə qeyd olunur ki, ilkin pozuntudan 72 saat sonra hücumun genişlənməsi halında ABŞ silahlı qüvvələri də daxil olmaqla, Qərbin dəstəklədiyi qüvvələr tərəfindən koordinasiya edilmiş cavab tədbirləri görüləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv