Xankəndidə Gənclərin XI Forumu keçirilib

Xankəndidə Gənclərin XI Forumu keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Fərid Qayıbov, #İdman, #Qarabağ Universiteti, #Təhsil, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xankəndi şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Gənclərinin XI Forumu təşkil olunub.

presstvaz bildirir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən   verilən məlumata görə, forumun ikinci günündə gənclər və idman naziri Fərid Qayıbov, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində gənclərin fəal iştirakının vacibliyini vurğulayıb.

O bildirib ki, Qarabağ Universitetində təhsil alan gənclər Xankəndinin inkişafında mühüm rol oynayırlar və şəhər gənclər üçün yeni imkanlar mərkəzinə çevrilir. Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov isə bu il Azərbaycan Gənclərinin Forumunun 30 illiyinin qeyd olunduğundan və forumun azad olunmuş Xankəndi şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığından danışıb. Nazir azad edilmiş şəhər və rayonlarda beynəlxalq tədbirlərin təşkil olunduğunu, Qarabağ bölgəsinin müasir şəhərsalma prinsipləri əsasında sürətlə yenidən qurulduğunu da xüsusi vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu il Goranboy şəhəri “Gənclər paytaxtı” elan olunub və bu münasibətlə silsilə tədbirlər keçiriləcək.

Forum çərçivəsində “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyalar təşkil olunub.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası 17-22 may tarixlərində Bakıda keçiriləcək. Foruma gedən yol çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv