“AdGo”: Reklamın yeni, sürətli və rəqəmsal ünvanı

“AdGo”: Reklamın yeni, sürətli və rəqəmsal ünvanı






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Azərbaycan, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Açıq hava məkanları və nəqliyyat reklamları bu gün yalnız imic yaratmaq üçün istifadə olunmur, həm də analitika və ölçülə bilən nəticələr təqdim edən kommunikasiya alətinə çevrilib. Şəhər həyatının dinamikası və texnologiyanın inkişafı bu transformasiyanı sürətləndirir. Bu tələblərə cavab olaraq, “Advera” MMC tərəfindən yaradılan “AdGo” reklam platforması brendlər üçün innovativ və effektiv həllər təqdim edir.

Reklamınız hərəkət olan yerdədir

“AdGo” – Azərbaycan reklam bazarında geniş əhatə dairəsi ilə seçilən reklam platformasıdır. Platforma insanların gündəlik hərəkət marşrutlarını analiz edərək, reklam mesajlarının ən doğru zamanda və ən uyğun məkanda çatdırılmasını təmin edir. “AdGo”nun təqdim etdiyi reklam məkanları şəhərin ən strateji nöqtələrini əhatə edir:

Metro və dəmir yolları: Sərnişin axınının ən sıx olduğu yeraltı və yerüstü nəqliyyat şəbəkələrində vizual təmas imkanları

Avtobuslar və dayanacaqlar: Şəhərin bütün istiqamətlərini əhatə edən, piyada və sürücülərin diqqətini cəlb edən dinamik reklam daşıyıcıları

Hava limanı və avtovağzallar: Ölkədaxili və xarici səfərlərə çıxan, alıcılıq qabiliyyəti yüksək olan auditoriyaya çıxış

Parkinq sahələri: Sürücülərlə birbaşa təmas yaradan xüsusi reklam zonaları

Taksilər: Reklamınız şəhəri gəzir! Gündəlik hərəkət qrafiki ilə minlərlə məntəqəni əhatə edən effektiv tanıtım vasitəsi

Daha geniş auditoriya, daha yüksək nəticə

Açıq hava və nəqliyyat reklamları gündəlik hərəkətin ayrılmaz hissəsidir. “AdGo”nun geniş formatlı reklam daşıyıcıları isə brendiniz üçün davamlı görünənlik yaradır. Metro stansiyasında qatar gözləyən sərnişin də, tıxacda qalan sürücü də sizin mesajınızla təmasda olur.

Niyə məhz “AdGo”?

Platforma sadəcə reklam sahəsi satmır, həm də brendin mövqelənməsi üçün düzgün məkan seçiminə dəstək olur. Geniş infrastruktur və çevik yanaşma sayəsində platforma istənilən miqyaslı reklam kampaniyasının effektiv və uğurlu icrasını təmin edir.

Brendinizin səsini şəhərin səs-küyü içində itirməyin. “AdGo” ilə hədəf kütlənizin olduğu hər yerdə olun!

Daha ətraflı məlumat üçün: adgo.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv