Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü

Bakıda yaşayış kompleksində dava: Cəmiyyət sədri mülkiyyətçini döydü






presstv

"Presstv"az #Audi, #Bakı, #Binəqədi rayonu, #Cinayət işi, #Hadisə, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda yaşayış kompleksində dava baş verib.

presstvaz-ın məlumatına görə, hadisə Binəqədi rayonunun 7-ci mikrorayonunda, S.S.Axundov küçəsində yerləşən “Union Park” yaşayış kompleksində qeydə alınıb.

Yaşayış kompleksində Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMÇ) yaradılıb və Vasif Məmmədov (soyadı şərtidir – red.) cəmiyyətin sədri seçilib. Binanın saxlanma xərclərinin ödənilməsi məqsədilə mənzil sahiblərindən vəsait toplanmağa başlanılıb. Bu məqsədlə Vasif Məmmədov “WhatsApp”da qrup yaradaraq bina sakinlərini ora əlavə edib.

Mülkiyyətçilərin əksəriyyəti tələb olunan məbləği ödəsələr də, sakinlərdən Anar Mirzəmmədov vəsaiti ödəməkdən imtina edib və qrupda təhqiramiz mesajlar yazıb. Digər sakinlərin təkidi ilə Vasif Məmmədov qrupdan çıxarılıb.

Axşam saatlarında Anar Mirzəmmədov binanın həyətində Vasif Məmmədovu yanına çağıraraq onu yenidən təhqir etməyə başlayıb. Nəticədə tərəflər arasında mübahisə yaranıb və dava düşüb. Hadisə zamanı Anar Mirzəmmədov döyülüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vasif Məmmədova “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar imzalanmış amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv