Çində sabiq nazir rüşvətə görə ömürlük həbs olundu

Çində sabiq nazir rüşvətə görə ömürlük həbs olundu






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Çin, #Dollar, #Hakim, #Məhkum, #Si Cinpin, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində sabiq ədliyyə naziri Tan Yicun rüşvət almaqda təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

presstvaz xəbər verir ki, bu barədə Çinin Ali Xalq Məhkəməsi məlumat yayıb. Bildirilib ki, keçmiş nazir ümumilikdə 137 milyon yuan (hazırkı məzənnə ilə təxminən 19.6 milyon ABŞ dolları – red) məbləğində rüşvət almaqda təqsirləndirilib. Məhkəmənin qərarına əsasən, o, ömürlük siyasi hüquqlardan da məhrum edilib, bütün şəxsi əmlakı isə müsadirə olunacaq.

Ali Xalq Məhkəməsinin rəsmi səhifəsində qeyd olunub ki, sabiq nazirin əməlləri dövlətin və xalqın maraqlarına xüsusilə böyük zərər vurub. Təqsirləndirilən şəxs günahını etiraf edib, istintaqla əməkdaşlıq edərək, peşmançılığını bildirib.

Qeyd edək ki, Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə Si Cinpinin hakimiyyətə gəlişindən sonra daha da gücləndirilib. Son illər aparılan genişmiqyaslı kampaniya çərçivəsində yüksək vəzifəli məmurlar da daxil olmaqla bir çox şəxs vəzifəsindən uzaqlaşdırılıb və müxtəlif müddətli, o cümlədən ömürlük həbs cəzalarına məhkum ediliblər.

Bu ilin yanvarında Çin lideri 2026-2030-cu illəri əhatə edən 15-ci beşillik plan dövründə korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv