Deputatdan həyəcan təbili: “Təəssüf ki, onkoloji xəstələrin sayı artır”

Deputatdan həyəcan təbili: “Təəssüf ki, onkoloji xəstələrin sayı artır”






presstv

"Presstv"az #Ailə, #Audi, #Dövlət Statistika Komitəsi, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əfsuslar olsun ki, onkoloji xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21 088 nəfər olub. 2024-cü ildə 73 875 nəfər olub. 24 il ərzində təxminən 3.5 dəfə artıb”.

presstvaz xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.

O bildirib ki, ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır:

Deputatdan həyəcan təbili: Təəssüf ki, onkoloji xəstələrin sayı artır

“0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7.1 uşaq, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10.6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı iki dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricidir. Əlbəttə ki, bir mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaq. Həm də bu sahədə tibbi resursların artmasına səbəb olacaq”.

“Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir”, – deyə deputat vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv